Modern.az

Teymur Rəcəbovdan daha bir heç-heçə

Teymur Rəcəbovdan daha bir heç-heçə

Aktual

29 Dekabr 2020, 22:42

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi start götürüb.

 

Modern.az xəbər verir ki, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda mübarizəyə başlayıb.

 

Bu gün bu raundun ilk matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

 

Şahmatçılar arasında ilk matçda 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2. Sabah qrossmeysterlər arasında ikinci görüş baş tutacaq.

 

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi