Türkiyənin xüsusi təyinatlıları Suriyanın şimalında "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışan YPG-nin üç terrorçusunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində bildirib.
"Türkiyə xüsusi təyinatlıları terrorçuların "Barış pınarı" əməliyyatı zonasına keçməsi cəhdlərinin qarşısını almağa davam edir. Əməliyyat zonasına girməyə çalışmış PKK/YPG-nin daha 3 silahlısı Türkiyə xüsusi təyinatlı dəstəsinin müvəffəqiyyətli əməliyyatının gedişatında zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.