İspaniya La Liqasının 16-cı turunda "Barselona" evdə turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan "Eybar"ı qəbul edib.
Modern.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. Hesabı 57-ci dəqiqədə qonaqların heyətində Kike açıb. 10 dəqiqə sonra Ousman Dembele "Barsa"nın bərabərlik qolunu vurub.
Öz meydanında xal itirən "Barselona" (25 xal) turnir cədvəlində 6-cı pilləyə düşüb. "Eybar" isə 16-cı xalını qazanaraq 15-ci pilləyə yüksəlib.
Qeyd edək ki, bu oyunda "Barselona"nın ulduz futbolçusu Lionel Messi iştirak etməyib.
Turan ASLAN