Modern.az

Anar, Vaqif Səmədoğlu, Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun yanında oldular

Anar, Vaqif Səmədoğlu, Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun yanında oldular

2 Avqust 2012, 17:37

Azərbaycan Kinematoqrafçılar İttifaqında milli kino günü münasibəti ilə tədbir keçirilib. Mərasimdə 114 yaşlı Azərbaycan kinosunun hazırki durumu  müzakirə edilib.

Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov  mərasimdə çıxış etdikdən sonra bir neçə kino xadimini təltif edib. Son illərdə göstərdiyi uğurlara görə, rejissor Fikrət Əliyev mükafata layiq görülüb.  Rejissor Fikrət Əliyev mükafata layiq görüldüyü üçün öz təşəkkürünü bildirib. 
Daha sonra ən cavan kinorejissor Akif Rüstəmov və Fəxrəddin Manafov da xidmətlərinə görə təltif edilib. Qeyd edək ki,  milli kino günü münasibəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən tədbirdə Yazıçılar Birliyinin sədri Anar, Xalq şairi Vaqif Səmədoğlu və digər tanınmış simalar da iştirak edib.

Anar Kəlbiyev
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü