Modern.az

Çin vaksinləri Türkiyəyə gətirildi

Çin vaksinləri Türkiyəyə gətirildi

Aktual

30 Dekabr 2020, 10:02

Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

 

Modern.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

 

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz  anbarlara yerləşdirilməyə başlayıb.

 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi