Modern.az

Prezident Bakıda açılış mərasimlərinə qatılıb

Prezident Bakıda açılış mərasimlərinə qatılıb

2 Avqust 2012, 18:13

Avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimi olub.

Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan ölkə başçısı İlham Əliyev açılış mərasimində iştirak edib.

Qeyd edəök ki, 2011-ci ilin iyulunda dövlət başçısı məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində iştirak etmişdi. Üç mərtəbədən, 27 otaqdan ibarət yeni korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər səviyyəsində başa çatdırılıb.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacağı bildirilib.

 Üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840 şagirdin təhsil alacaq.
85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev avqustun 2-də Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verilib. Bildirildi ki, bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir. Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü