Azərbaycan Xarici İçlər Nazirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə XİN mətbuat xidmətindən Modern.az-a bildirilib.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notaya əsasən bildiririk ki, cari ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 05-31 avqust 2012-ci il tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunacaqdır.