Modern.az

Fuad Muradov Fəxrəddin Manafova məktub yazdı

Fuad Muradov Fəxrəddin Manafova məktub yazdı

2 Avqust 2012, 18:39

Millət vəkili Fuad Muradov Azərbaycanın xalq artisti, məşhur aktyor Fəxrəddin Manafova doğum günü münasibəti ilə təbrik məktubu göndərib.  Bu barədə Modern.az-a məlumat verən deputat Fəxrəddin Manafovun kino sahəsində gördüyü işləri müsbət qiymətləndirərək aktyora uğurlar arzulayıb.

“Bildiyimiz kimi bu gün Azərbaycan kino tarixinin unudulmaz simalarından olan məşhur aktyor Fəxrəddin Manafovun doğum günüdür. Mən bir millət vəkili kimi doğum günü  münasibəti ilə dəyərli aktyorumuzu ürəkdən təbrik edirəm. Təbii ki, Fəxrəddin Manafov kino tariximizdə böyük uğurla imza atmış aktyorlarımızdandır. Əlamətdar haldır ki, Fəxrəddin Manafov kimi tanınmış simalar mənim təmsil etdiyim ərazidə, Səbayil rayonunda yaşayırlar. Mən bir daha Fəxrəddin Manafovu təbrik edir, ona bundan sonra fəaliyyətində bundan da böyükl zirvələri fəth etməyi arzu edirəm”, - deyə F.Muradov təbrikində bildirib.

Qeyd edək ki,  Azərbaycanın xalq artisti Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü