Modern.az

Rüstəm İbrahimbəyov: “Özümə borc saymışam ki, ağa ağ deyim, qaraya qara”

Rüstəm İbrahimbəyov: “Özümə borc saymışam ki, ağa ağ deyim, qaraya qara”

2 Avqust 2012, 18:40

Bu gün Kino günü ilə əlaqədar Azərbaycan Kinematoqrafçılar İttifaqında tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqınınıın sədri, kinorejissor Rüstəm İbrahimbəyov kinomuzun bu günündən danışıb. R.İbrahimbəyov bildirib ki, onlar çox çətin şəraitdə fəaliyətlərini davam etdirirlər:

“Azərbaycan kinosu gözəl filmlər yaradır. Biz isə çox çətin şəraitdə öz fəaliyyətimizi davam etdiririk. Kinostudiya çox bərbad vəziyyətdədir, maliyyə imkanlarımız çox azdır. Senzura imkan vermir ki, maraqlı proektləri yaradaq. Vəziyyəti bu barədə çox çətindir”.

Türk dünyasında yeganə “Oskar” mükafatı laureatı olan R.İbrahiimbəyov sənət adamlarının xalqımızın ön sıralarında getməli olduğunu deyib. İttifaq sədrinin sözlərinə görə, sənət adamları bununla başqa vətəndaşlara nümunə olmalıdır.

“Sənət adamları görəndə ki, cəmiyyət, hökumət düzgün istiqamətə yönəlməyib, o zaman öz mövqelərini bildirməlidirlər. Bu barədə mənim mövqeyim heç zaman dəyişməyib. İlləri boyu bunu özümə borc saymışam ki, ağa ağ deyim, qaraya qara. Bu da mənə elə gəlir ki, təbii haldır. Belə düşünürəm ki, bunu edə bilməyən sənət adamları öz istedadlarını da lazımi səviyyədə istifadə etməzlər. Çünki bunlar çox bağlı məsələlərdir. İstedadnan ləyaqət, düzgün danışmaq çox vacibdir. Kim ki, bunları etmir, onların istedadı da uğurlu olmur”.

 

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü