“Müharibə vaxtı qdınlarımızın bir qrupu həbsxanada idi. Amnistiya ilə bağlı sənədlərin hazırlanması uzun çəkir. Aidiyyatı stukturlardan, Ombudsmandan sizdən (Bahar Muradovanı nəzərdə tutur) xahiş edirəm ki, qələbə münasibətilə həbsxanada olan qadınlar qalmasın”
Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov gender bərabərliyindən danışarkən deyib.
Siyavuş Novruzov ölkə başçısının hər zaman bu məsələ ilə bağlı unikal addımlar atdığını da xatırladıb:
“Bu günlərdə bir verilişə baxdım. Uşaqlar həbsxanada analarının yanında idi. O uşaqların təqsiri nədir, günah nədir?!. Hesab edirəm ki, gələcəkdə parlamentdə geniş amnistiya qəbul etmək lazımdır. Ölkə qalib gəlib. Kim dövləçilik yolunu tutubsa, döblətinə, xalqına, prezidentinə xidmət eləsin”.