Modern.az

Gürcüstan hərbi dronların istehsalına başlaya bilər

Gürcüstan hərbi dronların istehsalına başlaya bilər

Aktual

30 Dekabr 2020, 20:41

Gürcüstanda hərbi dronların istehsalına başlanıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

 

Nazirin sözlərinə görə, “Delta” elmi-hərbi mərkəzin nəzdində olan Tbilisi aviasiya zavodunun potensialından istifadə etməmək sadəcə günahdır:

 

“Məhz həmin zavod və orada çalışan insanların sayəsində dronların istehsalına başlamaq mümkündür”.

 

İ.Qaribaşvili aviazavodun ən yüksək texnologiyalı müəssisələrdən biri olduğunu qeyd edib:

 

“Bazarda rəqabət böyük deyil, belə ki, bu gün uçuş aparatlarını dünyanın 20 ölkəsi istehsal edir” (report).

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi