Modern.az

“Dünya çempionluğu xəyaldır” - Ronaldo

“Dünya çempionluğu xəyaldır” - Ronaldo

Aktual

30 Dekabr 2020, 22:48

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo hələ uzun müddət karyerasını davam etdirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu portuqaliyalı superulduz özü deyib.

 

35 yaşlı forvard özünü gümrah hiss etdiyini söyləyib:

 

“Hələ də özümü yaxşı hiss edirəm. Ümid edirəm daha uzun illər oynaya bilərəm. Amma həyatın necə olacağını bilmirsən. Motivasiya varsa, yaşın əhəmiyyəti yoxdur. Gənclərlə söhbət edərkən həmişə məsləhət verirəm ki, andan ləzzət alın, çünki sabah nə olacağını bilmirik. Hətta ailənizdə də hər şey ola bilər. Gələcəyi çox parlaq görürəm. Formasını geyindiyim hər klubla kubok qazandım. Ancaq dünya çempionluğu xəyaldır”.

 

Qeyd edək ki, Kriştianu Ronaldonun “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir (apasport).

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi