Son zamanlar maddi vəziyyətin yaratdığı sıxıntı səbəbindən əhalinin əksər hissəsi bankların qapılarını döyməyə məcbur olur. Üzlərinə açılan bu qapılar heç də həmişə qarşılıqlı anlayışla bitmir. Çox vaxt növbəti mərhələ insanlar kreditlərin qaytarılmasında banklara müəyyən problemlər yaşadırlar. Belə olan halda götürdükləri kreditləri vaxtlı-vaxtında qaytarmadıqları üçün hər iki tərəf məhkəməyə üz tutmalı olur. Hətta sadə vətəndaşlar yox, məşhurların da banklara yaratdığı problemlər Azərbaycanda kredit mədəniyyətinin formalaşmadığını bir daha sübut edir.
Modern.az banklar arasında sorğu aparıb.
Ata Bankın baş mütəxəssisi bu sahədə problemlərin yaşanmasının normal hal olduğunu dedi. Onun sözlərinə görə, vətəndaşların ödəmələrdə müəyyən gecikmələr etməsi normaldır. Amma hələ ki bank belə bir halla qarşılaşmayıb.
AGBankın baş məsləhətçisi isə müştərilərin belə problem yaratmasını təbii qarşılayır. Belə hallar tez-tez olur. Ümumiyyətlə müştərilər haqqında məlumatları gizli saxlayan bankdan məşhurların onlara belə problem yaratmadığını söylədirlər.
Dəmir Bankdan da kreditlərin qaytarılmasında gecikmələrin olmasını etiraf etdilər. Həmin vaxt məbləğin üzərinə faiz gəlir. Məşhurlar sözügedən banka da problem yaşadıblar.
Ümumiyyətlə kredit verilişini dayandıran Eurobankda elə bu səbəbdən də belə problemlə qarşılaşmayıblar.
Bank Silk Way müştəriləri ilə heç vaxt belə problem yaşamayıb. Bankın marketinq şöbəsinin müdiri deyir ki, bu bank kooperativ bank olduğundan bütün müştərilərini tanıyır və onlar da belə problemlər yaratmırlar.
Xalq Bankdan müştərilər haqqında məlumatları gizli saxladıqlarını desələr də, onlar da belə problemlər yaşadıqlarını gizlətmədilər.
Gültəkin Ələsgər