Modern.az

Tibb Universitetinin rezidentura pilləsinə sənəd qəbulunun tarixi açıqlanıb

Tibb Universitetinin rezidentura pilləsinə sənəd qəbulunun tarixi açıqlanıb

3 Avqust 2012, 12:13

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında Tibb Universitetinin rezidentura pilləsi üzrə sənəd qəbulunun tarixini açıqlayıb.

Modern.az xəbər verir ki, TQDK sədri sənəd qəbulunun avqustun 15-dən 24-dək aparılacağını qeyd edib.

M.Abbaszadənin sözlərinə görə, rezidenturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. İmtahanda iştrak etmək üçün namizəd  sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron ərizəsinə daxil olaraq,  imtahanın hər bir mərhələsi üçün ayrılıqda “namizədin imtahan buraxılış vərəqəsi”ni çap edib götürülməlidir.

İxtisas seçiminə imtahanda topladığı balı baza fənlər üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar.

Rezidentura ilə bağlı plan yerləri haqqında və digər məlumatlar Rezidentura jurnalının 2-ci sayında dərc olunub.

Mail Ağaxanov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü