Modern.az

Rabitə Bank Azəri qızı Günelin qardaşı Tunarı məhkəməyə verib

Rabitə Bank Azəri qızı Günelin qardaşı Tunarı məhkəməyə verib

3 Avqust 2012, 12:26

Araşdırmalara görə, bəzi bank müştəriləri kreditlərin qaytarılmasında banklara müəyyən problemlər yaşadırlar. Belə ki, onlar götürdükləri kreditləri vaxtlı-vaxtında qaytarmadıqları üçün hər iki tərəf məhkəməyə üz tutmalı olur.

Müştərilərlə üz-göz olan banklar arasında Rabitə Bankın da adını çəkmək olar. Azəri qızı Günelin qardaşı, müğənni-bəstəkar Tunar Zeynalovun Rabitə bankla problemləri yaranıb. Rabitə Bankın kredit şöbəsinin baş məsləhətçisinin Modern.az-a verdiyi məlumata görə, müğənni bankdan götürdüyü krediti vaxtında qaytarmadığı üçün bank tərəfindən məhkəməyə verilib. Bank səlahiyyətlisi müştərilərlə belə problemlərin tez-tez yaşandığını və müğənnilərin də banklara problem yaratdığını dedi:

“Müştərilər ödəmələri gecikdirəndə və ya bundan imtina edəndə məsələ məhkəmə yolu ilə öz həllini tapır. Hətta cəmiyyətdə kifayət qədər tanınan və maddi çətinlikləri sadə vətəndaşlara nisbətən az olan müğənnilər də bankdan götürdükləri kreditləri geri qaytarmaqda banka müəyyən çətinliklər yaşadırlar. Azəri qızı Günelin qardaşı Tunar Zeynalov da bankımıza bu sarıdan problem yaradıb. Aldığı krediti vaxtında geri vermədiyinə görə bank tərəfindən məhkəməyə verilib. Məhkəmənin qərarından sonra müğənni qanuni yolla aldığı krediti ödəməyə məcbur olub”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi