Modern.az

Məleykə Abbaszadə qabiliyyət imtahanlarından keçən abituriyentlərin sayını açıqladı

Məleykə Abbaszadə qabiliyyət imtahanlarından keçən abituriyentlərin sayını açıqladı

3 Avqust 2012, 12:36

Ali təhsil müəssisələrinin III və I  ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb.  Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahan iyulun 18-dən 24-dək  keçirilib. Bu qrup üzrə qabiliyyət imtahanı aşağıdakı ixtisaslar üzrə aparılıb:

-Musiqi sənəti

-Təsviri sənət

-Teatr, kino və xoreqrafiya sənətləri

Qabiliyyət imtahanlarında iştirak etmək üçün TQDK tərəfindən keçirilən  seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb. Onlardan 1471 nəfər test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. Qabiliyyət imtahanında isə 998 nəfər müsbət qiymət alaraq ixtisas seçiminə buraxılıb.

I ixtisas qrupu üzrə isə xüsusi qabiliyyət tələb edən ixtisaslara imtahan iyulun 24-dən 31-ə kimi keçirilib. Bu qurup üzrə 1089 abituriyent TQDK tərəfindən keçirilən  seçmə turda qeydiyyatdan  keçib. Onlardan 635 nəfəri test imtahanında müvafiq müsabiqə  şərtini ödəyib, qabiliyyət imtahanlarına qatılıb. 446 nəfər isə qabiliyyət imtahanını uğurla verərərk, ixtisas seçiminə buraxılıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-16 avqust aralığında internet vasitəsilə aparılacaq.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü