Orhan Atalay: “Azərbaycanın Türkiyə vətəndaşlarına viza qadağasını götürməməsi bizi təəccübləndirir”

«Türkiyə Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Biz bütün dünyada Azərbaycanın maraqlarını öz maraqlarımızla yanaşı tutmuşuq. Eyni siyasəti də Azərbaycandan gözləyirik».
Bu sözləri
Modern.az-a açıqlamasında Türkiyənin hakim partiyası - AKP-dən olan millət vəkili Orhan Atalay söyləyib.
Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərin köklərə söykəndiyini deyən AKP-çi deputat bununla belə, qarşıda həllini tapmalı olan məsələlərin də olduğunu vurğulayıb:
«Tükiyə Azərbaycan vətəndaşlarına vizanı ortadan qaldırıb. Amma uzun zamandır ki, Azərbaycan bunu etməyib. Azərbaycanın türk vətəndaşlarına vizanı götürməməsi bizi təəccübləndirir. Bizim üçün bu bir sual olaraq qalır. Bu gün Rusiya, Gürcüstan və daha 60 ölkə Türkiyə ilə vizanı ləğv edib. Eyni addımı Azərbaycandan da gözləyirik».
Modern.az