Modern.az

Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

Aktual

31 Dekabr 2020, 18:44

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 192 milyon 422 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 105 milyon 921 min dollar çoxdur.

 

Bu ilin on bir ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 493 milyon 294 min dollar olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi