Fransada koronavirusun yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Modern.az xəbər verir ki, koronavirusun yeni ştammı Cənubi Afrika Respublikasından qayıdan Fransa vətəndaşında aşkarlanıb.
Məlumata əsasən, hazırda koronavirusun yeni ştammına yoluxan şəxs karantindədir. Bildirilir ki, o, virusa yoluxandan sonra digər insanlarla əlaqədə olmayıb.