İngiltərənin Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"in hücumçusu Edinson Kavanini cəzalandırıb.
Modern.az xəbər verir ki, uruqvaylı hücumçu sosial şəbəkələrdə irqçi şərhinə görə 100 min funt sterlinq cərimələnib və üç matçda iştirakdan kənarlaşdırılıb.
Kavani İngiltərə Premyer Liqasının 10-cu turunun "Sautqempton"la matçında əzmkar qələbədən sonra sosial şəbəkədə istifadəçilərdən birindən təbriklərə cavab verərək, "Gracias negrito" ("Təşəkkür, qara"-red) sözlərini yazıb. Uruqvaylı futbolçu paylaşımını 3 saat sonra silib, ancaq bu, FA-da diqqəti cəlb edib.
Beləliklə, hücumçu İngiltərə Premyer Liqasında "Aston Villa", "Mançester Siti" (İngiltərə Liqası Kuboku) və "Uotford"la (İngiltərə Kuboku) matçları buraxacaq.