Türkiyə ordusu “Barış pınarı” zonasına keçməyə hazırlaşan PKK/YPG terror qruplaşmasının silahlılarını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, PKK/YPG terror qruplaşmasının 4 silahlısı sülh və təhlükəsizliyi pozmaq üçün “Barış pınarı” zonasına daxil olmağa cəhd ediblər. Terrorçular Türkiyə hərbçiləri tərəfindən məhv edilib.