Modern.az

Son sutkada dünyada koronavirusa 692 mindən çox nəfər yoluxub

Son sutkada dünyada koronavirusa 692 mindən çox nəfər yoluxub

Dünya

1 Yanvar 2021, 10:29

Dünyada son sutka ərzində 692 min 18 nəfər koronavirusa yoluxub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində ölənlərin sayı isə 13 min 941 nəfər olub. Dünya üzrə ümumilikdə rəsmi olaraq 81 milyon 475 min 53 yoluxma hadisəsi, 1 milyon 798 min 50 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (316 min 613) payına düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu