Ermənistanda koronavirusa yoluxanların sayı 160 minə yaxınlaşıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son sutka ərzində daha 329 nəfər virusa tutulub, 554 nəfər isə sağalıb.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 159 738 nəfərə çatıb.