Modern.az

“Real” maaşların azaldılması üçün futbolçularla razılaşdı

“Real” maaşların azaldılması üçün futbolçularla razılaşdı

2 Yanvar 2021, 10:17

İspaniyanın "Real Madrid" klubu maaşların azaldılması ilə bağlı futbolçularla razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyasına görə gəlirin azalmasıdır.

 

Anlaşmaya əsasən, hər oyunçunun məvacibi 10 faiz azalıb. Bundan əlavə, Madrid təmsilçisi qış transfer dönəmində yeni futbolçu almağı düşünmür.

 

Qeyd edək ki, "Real Madrid" La Liqada 16 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi