Modern.az

Boris Consonun atası Fransa vətəndaşlığı üçün müraciət etdi

Boris Consonun atası Fransa vətəndaşlığı üçün müraciət etdi

2 Yanvar 2021, 11:17

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, 82 Stenli Conson yanvarın 1-də Brexitdən sonra Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək üçün Fransa pasportu almağa qərar verib.

 

Avropa Parlamentinin sabiq üzvü olan Stenli Conson 2016-cı ildə keçirilmiş referendumda Britaniyanın İttifaqın üzvü kimi qalmasının lehinə səs verib. O bildirib ki, “Anam Fransada anadan olub. Onun anası da tamamilə fransız idi. Beləliklə, bu qərar mənim üçün var olanı geri qaytarmaqdır. Bu da məni çox xoşbəxt edir”.

 

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üçün həyata keçirilən Brexit kampaniyasına oğul Conson başçılıq edirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi