Modern.az

İnternet klub işlədən sahibkar və müştərilər cərimələndi

İnternet klub işlədən sahibkar və müştərilər cərimələndi

2 Yanvar 2021, 12:40

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin 20 Yanvar küçəsində karantin qaydalarını pozaraq fəaliyyət göstərən internet klub aşkar ediblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, internet klubu işlədən şəhər sakini B.İsmayılov və orada olan 3 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi