Modern.az

İqtisad Məhkəməsinin sədri vəfat edib

İqtisad Məhkəməsinin sədri vəfat edib

3 Avqust 2012, 18:33

Modern.az-ın məlumatına görə, İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri, əməkdar hüquqşünas Flora Əhmədova vəfat edib. Flora Əhmədovanın ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Mərhumə bu gün günorta saatlarında Bakının Yasamal rayon qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub. Uzun illər məhkəmə-hüquq sahəsində çalışan Flora Əhmədova Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm vəzifərlərdə çalışıb. 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü