İraqın Kәrkük şәhәrinin Dakuk qәsәbәsi yaxınlığında terror tәşkilatı İŞİD-in yol kәnarına әvvәlcәdәn yerlәşdirdiyi bombanın partlaması nәticәsindә bir әsgәr hәlak olub, dördü dә yaralanıb.
Modern.az-ın "TRT"yə istinadla verdiyi yaydığı məlumata görə, bu barәdә Kәrkük Polis İdarәsinin mәtbuat katibi Amir Nuri mәlumat verib. Amir Nuri bildirib ki, partlayış bir hәrbi avtomobilin Dakuk qәsәbәsindәn keçdiyi zaman törәdilib.
Hücumun terror tәşkilatı DEAŞ terrorçuları tәrәfindәn törәdildiyini bildirәn Nuri hadisә nәticәsindә bir әsgәrin öldüyünü, dördünün dә yaralandığını deyib. Amir Nuri bölgәdә әmәliyyatın keçirildiyini dә sözlәrinә әlavә edib.