Modern.az

Amerikada qadın məhkum edam olunacaq

Amerikada qadın məhkum edam olunacaq

Dünya

3 Yanvar 2021, 10:25

Amerikada 68 ildən sonra ilk dəfə qadın məhkum edam ediləcək.

 

Modern.az xəbər verir ki, 52 yaşlı Liza Montqomeri yanvarın 12-də edam olunacaq. Onun ötən ilin dekabrın 8-də edam edilməsi gözlənilsə də, bu baş tutmayıb.

 

Xatırladaq ki, L. Montqomeri 2004-cü ildə ağır cinayət törədib. Belə ki, o, 23 yaşındakı hamilə qadını boğaraq öldürüb. Daha sonra isə qarnını yararaq uşağı oğurlamağa cəhd edib.

 

Qeyd edək ki, qadın məhkum özü 4 uşaq anasıdır.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu