Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş Bayram Kərimov əsirlikdə keçirdiyi günlərlə bağlı açıqlama verib.
Modern.az-ın xəbərinə görə, o bildirib ki, yaşı çox olduğu üçün erməni hərbçilər onu zabit hesab ediblər və müəyyən sirlər öyrənmək istəyiblər:
"Ancaq sonradan anladılar ki, mən peşəkar hərbçi deyiləm və orduya könüllü qoşulmuşam. Onlara sirr verməyəcəyimi anladıqdan sonra məndən əl çəkdilər”.