Modern.az

Ötən gün Pakistanda koronavirusdan 82 nəfər öldü

Ötən gün Pakistanda koronavirusdan 82 nəfər öldü

Aktual

3 Yanvar 2021, 11:30

Son 24 saatda Pakistanda 2 min 184 nəfər COVID-19-a yoluxub və ümumilikdə, yoluxma sayı 484 min 362 nəfərə çatıb.

 

Modern.az Pakistan mətbuatına istinadla xəbər verir ki, son gündə koronavirusdan 82 nəfər vəfat edib və ümumilikdə, ölənlərin sayı 10 min 258 nəfər olub.

 

Xəstəxanalarda 35 min 130 nəfər müalicə olunur, onların 2 min 264-nün vəziyyəti ağırdır. İndiyədək ölkədə 438 min 974 xəstə müalicə olunaraq sağalıb.

 

Pandemiya dövründə Pakistanda 6 milyon 775 min 307 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi