Modern.az

Peyvənd olunanlara çip qoyulacaq? - Professordan iddialara CAVAB

Peyvənd olunanlara çip qoyulacaq? - Professordan iddialara CAVAB

Aktual

3 Yanvar 2021, 11:42

Dünyada koronavirus pandemiyası yayıldığı vaxtdan etibarən tətbiq ediləcək vaksinlə bərabər insanlara çip taxılacağı ilə bağlı ümumi fərziyyələr insanlar arasında geniş yayılmağa başlayıb.

 

Modern.az xəbər verir ki, türkiyəli professor Zəfər Kurugöl bu iddiaları “Hürriyyət” qəzetinə müsahibəsində cavablayıb. Professor iddiaların ümumu fərziyyə olduğunu bildirib:

 

“Mən belə şayiələri tragikomediya kimi qiymətləndirirəm. Bunu ortalığa atanların ola bilsin ki əylənmək məqsədləri olub, ya da diqqət çəkmək istəyiblər. Bu cür fikirlər cəmiyyətin sağlamlığına zərər vurur. Burada məqsəd insanların fikrini çaşdırmaqdır. İnsanlar peyvənddən qorxmamalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi