Modern.az

Koronavirusa yoluxanların sayı 85 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 85 milyonu ötdü

3 Yanvar 2021, 16:58

Dünyada COVID-19 virusuna yoluxanların sayı 85 milyon nəfəri ötüb.

 

Modern.az bildirir ki, bu barədə pandemiyanın statistikasını aparan “Worldometers” saytı xəbər yayıb.

 

Bildirilir ki, yanvarın 2-də dünya üzrə koronavirus infeksiyasına 551 min 875 yeni yoluxma aşkarlanıb. Həmçinin 8 min 296 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Bununla da dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 85 milyon 34 min nəfərə, ölənlərin sayı isə 1 milyon 844 min 859 nəfərə çatıb.

 

Eyni zamanda, 60 milyon 166 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 23 milyon xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ümumilikdə dünyada koronavirusa yoluxanların təxminən yarısı (46 faizi) üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin isə 45 faizi dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi