Modern.az

Britaniyada \"AstraZeneca\" vaksini ilə peyvəndləmə başlayıb

Britaniyada \

4 Yanvar 2021, 13:13

Böyük Britaniyada "AstraZeneca" şirkəti və Oksford Universitetinin birgə hazırladığı koronavirus vaksini ilə peyvəndləmə prosesi başlayıb.

 

Modern.az-ın məlumatına görə, ölkədə kliniki sınaqlar çərçivəsindən kənarda ilk peyvəndlənən şəxs 82 yaşlı Brayan Pinker olub.

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hazırda ölkədə 530 min doza "AstraZeneca" vaksini mövcuddur.

 

Yanvarın ortalarınadək gündəlik vaksin istehsalının 2 milyon dozayadək çatdırılması planlaşdırılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi