Modern.az

Türkiyədə Elçibəy haqqında kitab nəşr edildi

Türkiyədə Elçibəy haqqında kitab nəşr edildi

Təhsil

4 Avqust 2012, 20:28

Modern.az xəbər verir ki, Türkiyədə Elçibəy haqqında "Atatürkün əsgəri Elçibəy" adlı kitab nəşr edildi. “Yaxın Plan” nəşrlərindən oxucuya təqdim edilən kitabın müəlllifi Şövkət Talha Apuhandır. Apuhan  kitabla əlaqədar "Elçibəy bizim atamız, liderimiz və heç ölməyəcək idealimızın bayrağıdır. Onun həyatını yazaraq ona olan borcumuzun heç olmasa kiçik bir hissəsini ödəmək istədim " söyləyib.

Elçibəyi Anadolu türklərinə bir daha xatırlatmaq və Anadoluda yaddaşlardan silinməsinin qarşısını almaq istəyi içində olduğunu ifadə edən Şövkət Talha Apuhan deyib:
"Elçibəy Azərbaycanın ilk prezidentinin adı deyil. O bir mübarizənin, bezməyən idealist insanın, bitmək bilməyən müstəqillik eşqinin, gerçək imanın və gerçək liderin adıdır. Onun adı yaşadıqca Azərbaycan dövləti yaşayacaq, son bayraq enmədən, son əsgər şəhid olmadan və son bacası alovlanan ev də düşmənin ayaqları altında əzilmədən onun adı ürəklərdən silinməcəkdir”.

Elçibəy haqqında fikirlərini davam etdirən  Apuhan əlavə edib: "Başbuğ Alparslan Türkeş 1992-ci ildə ildə Elçibəyin əlini havaya qaldıraraq, Türk Dünyasının lideri Əbülfəz Elçibəydir. Türk Dünyasını Elçibəyə, Elçibəyi də sizə əmanət edirəm demişdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü