Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsindən olan Vətən Müharibəsi Qazisi Xəlilov Elnur Rizvan oğlunu ziyarət edib.
Modern.az xəbər verir ki, icra başçısı ilə səmimi söhbəti zamanı qazimiz öz şərəfli döyüş yolundan danışıb. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, qazimizi təbrik edən icra başçısı onun və ailəsinin problemləri ilə maraqlanıb, Şəhid ailələri və qazilərimizin cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. İcra başçısı tərəfindən qaziyə əlil arabası verilib.