Modern.az

Ağdamda Azərbaycan və Rusiya minaaxtaranlarının birgə təlimi başladı

Ağdamda Azərbaycan və Rusiya minaaxtaranlarının birgə təlimi başladı

Aktual

5 Yanvar 2021, 13:44

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamda birgə hazırlıq kurslarına başlayıb.

 

Modern.az-ın məlumatına görə, təlim 45 gün davam edəcək.

 

Təlim iştirakçıları minadan təmizlənəcək ərazinin relyefini mənimsəmək, minatəmizləyən robot və digər texniki avadanlıqların iş prinspi ilə tanış olacaqlar. Eyni zamanda rusiyalı minaaxtaranlar ərazilərin minalardan təmizlənməsi üçün istifadə olunan qurğuların və texniki avadanlıqların üstünlükləri barədə məlumatlandırılacaqlar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi