Modern.az

Bakıda narkotacir qadın saxlanıldı

Bakıda narkotacir qadın saxlanıldı

Aktual

5 Yanvar 2021, 14:26

Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Bayramova Xəzər rayonu ərazisində saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 500 qram, Buzovna qəsəbəsindəki evindən isə 1 kiloqram 655 qram heroin aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi