Modern.az

Zəngilanda sərhəd zastavasının açılışı oldu

Zəngilanda sərhəd zastavasının açılışı oldu

5 Yanvar 2021, 17:20

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

 

Modern.az -ın məlumatına görə, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

 

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

 

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi