Modern.az

Mədəaltı vəz xəstəliyi–İNSAN ÜÇÜN ƏN TƏHLÜKƏLİ ORQAN

Mədəaltı vəz xəstəliyi–İNSAN ÜÇÜN ƏN TƏHLÜKƏLİ ORQAN

6 Avqust 2012, 08:37

Əvvəli ötən yazımızda

Pankreatit-mədəaltı vəzin iltihabi xəstəliyidir. Pankreatitlər gedişinə görə iki yerə bölünür: kəskin və xroniki pankreatitlər.

Xroniki pankreatit mədəaltı vəzin xroniki iltihabi-distrofik xəstəliyi olub, onun axarlarının keçiriciliyinin pozulması, parenximasının sklerozu, ekzokrin və  endokrin funksiyalarının dəyişməsinə səbəb olur. Xroniki pankreatit birincili və ikincili olur. İkincili (yanaşı) xroniki pankreatit digər həzm sistemi xəstəlikləri fonunda (mədə və onikibarmaq bağırsaq xorası, öd yollarının iltihabi xəstəlikləri) inkişaf edir.

Etiologiya və patogenez

Alkoqol, öd yolları və qaraciyər xəstəlikləri onikibarmaq bağırsağın, böyük duodenal məməciyin xəstəlikləri, alimentar faktor – çoxlu miqdarda yağlı, kəskin, qızarmış qidaların qəbulu, A hipovitaminozu, vitamin və zülal çatışmazlığı, dərman preparatlarının təsiri – sitostatiklər, estrogenlər, qlükokortikoidlər və s., virus infeksiyası, hepatit B, vəzin özünün qan dövranının pozulması hiperlipoproteinemiya, hiperparatireoz (10-19 %), keçirilmiş kəskin pankreatit (10%) və genetik meyllik və s. əsas səbəblərdir. Xroniki pankreatitdə etioloji faktorları 60-80% xəstələrdə aşkar etmək olur. Qalan hallarda səbəbi müəyyənləşdirmək olmur.

Bu halda xəstəliyi idiopatik xroniki pankreatit adlandırmaq lazımdır. Alkoqolun və başqa amillərin təsirindən onikibarmaq bağırsağın selikli qişasında distrofik, atrofik dəyişikliklər gedir. Bu onikibarmaq bağırsaq sekretinin və xolesistokinin – pankreozamin ifrazının pozulmasına gətirib çıxarır. Sekretin pankreotik şirənin həcmini requlə edir. Bikarbonatların miqdarına təsir edir, duodenal motorikanı azaldır. Onikibarmaq bağırsaqda, pankreotik şirədə təzyiq azalır, Oddi sfinkterinin spazmı yaranır.

Klinik mənzərəsi

Xronik pankreatitin simptomatikası rəngarəndir. Lakin əksər hallarda aşağıdakı əlamətlər ayırd edilir:

…Epiqastral və sol qabırğaaltı nahiyədə ağrı;

…Müxtəlif dispeptik əlamətlər;

…Pankreatogen ishal;

…Arıqlama;

…Şəkərli diabetin qoşulması.

 Proses mədəaltı vəzinin baş nahiyəsində olduqda ağrı əsasən sağ epiqastral nahiyədə lokalozə olunur. Iltihabi prosesə onun cisminin cəlb olunması zamanı ağrı sol epiqastral nahiyədə, quyruq hissənin zədələnməsi zamanı sol qabırğaaltında müşahidə olunur. Bəzən ağrı kəmərvarı xarakterli olub, ürək nahiyəsin, sol kürəyə, sol çiyinə, bəzən də aşağıya irradiasiya edir.

Qanın ümumi analizində EÇS-in artması, leykositlərin sola meylliliyi, sidiyin ümumi müayinəsində isə bilirubinin üstünlüyü, sarılıq variantında urobilinin olmaması, kəskinləşmə zamanı α-amilazanın artması müşahidə edilir.

Qanın biokimyəvi analizində α-amilazanın artması (norma 16-30 q/saat litr), lipaza (norma 22-193 V/litr), tripsin (10-60 ml kq/litr), γ-qlobulinlərin, sial turşularının, seromukoidin artması, albuminin isə azalması müəyyən edilir.

Ağırlaşmalar və diaqnostikası

Xroniki pankreatit mədəaltı vəzinin absesi, ağır şəkərli diabet, dalaq venalarının trombozu, mədəaltı vəzin axacağının və böyük duodenal axacağın iltihabı stenozu kimi ağırlaşmalara səbəb ola bilər. Diaqnoz tipik klinik mənzərəyə, anamezə, mədəaltı vəzin fermentlərinin müayinələrinin nəticələrinə, ultrasəs müayinəsinə görə qoyulur.

Profilaktikası

Pankreatitə səbəb olan xəstəliklərin vaxtında müalicəsi, xronik intoksikasiyaların (alkoholizm) aradan götürülməsi, rasional qidalanma və dəqiq qida qəbulu rejimi vacibdir.

Müalicə

Etioloji müalicə aprılır. Antibakterial və analgetik preparatlar təyin edilir. İntoksikasiya, susuzlaşma və damar çatışmazlığı ilə mübarizə aparılır. Həmçinin bununla yanaşı müalicəvi qidalanma – pəhriz və fitoterapiya təyin edilir.

Son zamanlar mədəaltı vəzin xəstəliklərində müalicədə dərman bitkilərindən geniş istifadə edilir.

Dişqurtlayan – Ammi visnaga 

Bu bitkinin meyvələrindən hazırlanan kellindən toz və tablet formada öd kisəsi, qaraciyər və mədəaltı vəzin xəstəliklərində spastik vəziyyətləri aradan götürmək üçün istifadə edilir.

Adi mayasarımaşığı – Humulus lupulus 

Mayasarmaşığının qurudulmuş qozalarından hazırlanan toz və tinkturasından mədə və bağırsaq xəstəliklərində həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırmaq üçün dərman kimi istifadə edilir.

Nanə – Mentha 

Onun yarpaqlarında hesperidin, insol, deanol turşuları, karotin, aşı maddələri, mikroelementlər vardır. Mədəaltı vəzin sekresiyasını qüvvətləndirir, iştahanı artırır, ödün ifrazını çoxaldır, spazmı aradan qaldırır, bağırsağın, öd yolunun və digər sekresiya vəzilərinin axarlarının, sidik yollarının saya əzələlərinin tonusunu azaldır.

Otsarmaşığı – Convovulus 

Saya əzələlərinin tonusunu aşağı salır, antisekretik xassəyə malikdir. Həzm orqanlarında maddələr mübadiləsinin tənzimləyicisi kimi spazmı aradan götürür, sekresiya vəzilərinin həm xarici, həm də daxili funksiyalarını normallaşdırır. Antiseptik təsirlidir.

Xaçgülü – Senecio 

Qarın boşluğunun saya əzələsinin spazmında, spastik kolitlərdə, mədə və onikibarmaq bağırsaq xorasında, xroniki pankreatitlərdə spazmolitik, ağrıkəsici təsiri güclüdür.

Şeytanağacı (qlediçiya) – Gleditschia 

Yarpaqlarından spazmı aradan qaldıran, ağrını götürən bir vasitə kimi bir çox həzm xəstəliklərində - mədə və onikibarmaq bağırsaq xorasında, spastik kolitlərdə, kəskin və xroniki pankreatitlərdə, xolesistitdə istifadə edilir.

Son zamanlar mədəaltı vəzin xəstəliklərində müalicədə dərman bitkilərindən geniş istifadə edilir.

Gündə 3 dəfə 10 damcı propolis cövhəri qəbul edilir, ayda 10 gün 20%-li propolis suyu salınaraq yeməkdən 1 saat əvvəl 20 damcı içilir, 10 gün fasilə verdikdən sonra təkrar edilir. Prosedur 3 ay müddətində aparılır.

750 qr kaqor çaxırı, 100 qr acı yovşan və 100 qr ballınamə 2 həftə qaranlıqda saxlanılır, yeməkdən 40 dəqiqə əvvəl 50 qr qəbul edilir.

AZƏR Salehli,

Azərbaycan Tibb Universitetinin tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu