Modern.az

Qazaxıstan kütləvi peyvəndləşməyə hazırlaşır

Qazaxıstan kütləvi peyvəndləşməyə hazırlaşır

Aktual

5 Yanvar 2021, 20:29

Qazaxıstanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı ümumilikdə 158 min 302 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasından 2 min 339 nəfər həyatını itirib, koronavirusdan sağalanların sayı 145 mindən çoxdur. Hazırda 22 min 949 nəfər koronavirus infeksiyasından müalicə alır.

 

Qeyd edək ki, Qazaxıstan dekabrın 21-də Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına başlayıb və əhaliyə peyvəndin kütləvi şəkildə vurulmasına 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi