Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Modern.az FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Heybətova Məleykə Qaytaran qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.