Modern.az

II qrupun imtahan nəticələri bu gün açıqlanacaq

II qrupun imtahan nəticələri bu gün açıqlanacaq

Təhsil

6 Avqust 2012, 09:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahan nəticələri  bu gün günün ikinci yarısında qurumun rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, II ixtisas qrupu üzrə sənəd verənlərin 20177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  14611 nəfərini oğlanlar, 8256  nəfərini isə qızlar təşkil edir.  14521 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.  7393 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.  Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 73 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır.  880  abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1955-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

 Anar RÜSTƏMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü