Modern.az

DİN ölümlə nəticələnən qəza ilə bağlı məlumat YAYDI

DİN ölümlə nəticələnən qəza ilə bağlı məlumat YAYDI

Aktual

6 Yanvar 2021, 15:04

Ötən gün səhər saat 9 radələrində Binəqədi rayonu ərazisində qeydə alınan yol qəzası zamanı KİA markalı avtomobildə olan sərnişin həlak olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Abşeron rayon sakini E.Qasımov idarə etdiyi KİA markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.

 

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü