Modern.az

Avtobusun yük yerində Bakıya sərnişin daşıyan sürücü SAXLANILDI

Avtobusun yük yerində Bakıya sərnişin daşıyan sürücü SAXLANILDI

Aktual

6 Yanvar 2021, 18:04

Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olan zaman yoxlama məqsədilə Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda saxlanılıb.

 

Modern.az xəbər verir ki, xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar.

 

Belə ki, avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlədilmiş 7 nəfər aşkar edilib.

 

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs olunub.

 

Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü