Modern.az

“Paşa” ləqəbli döyüşçü evinə qayıtdı

“Paşa” ləqəbli döyüşçü evinə qayıtdı

6 Yanvar 2021, 20:21

44 gün davam edən Vətən müharibəsində düşməni heybətli cüssəsi ilə vahiməyə salan “Paşa” ləqəbli qəhrəman Allahşükür Qasımov qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.

 

Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Düşməni vahiməyə salan Allahşükür Qasımovun Vətən müharibəsində göstərdiyi şücaət hər bir cəlilabadlının qəlbini qürur hissi ilə doldurub.

 

Modern.az xəbər verir ki, döyüş meydanında düşməni lərzəyə salan Allahşükür Qasımov 1989-cu ildə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub.

 

Atası Simran Qasımov Vətənə layiqli övlad böyütdüyü üçün qürur hissi keçirdiyini deyib:

 

“Fəxr edirəm ki, oğlum üzümüzü ağ elədi, düşmənə qarşı igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi”.

İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi keçirirlər. Qarabağın azad olmasına sevinən

valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.

 

Qeyd edək ki, Milli Ordunun əsgəri Allahşükür Qasımov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın alınmasında igidliklə döyüşüb (Azərtac).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!