Modern.az

FİDE Qran-Prisi təxirə salındı

FİDE Qran-Prisi təxirə salındı

Aktual

6 Yanvar 2021, 22:44

Cəbəllütariqdə keçirilməli olan qadın şahmatçılar arasında FİDE Qran-Prisi təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı FİDE və yarışın təşkilatçıları verib.

 

Belə addımın atılmasına səbəb Cəbəllütariqdə koronavirus pandemiyasının yayılması olub. Son həftələrdə yoluxmaların artması üzündən ölkədə karantin elan edilib. 

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatılacağı yarışda iştirakçıların təhlükəsizliyini nəzərə alınıb. Təşkilatçılar turniri şərtlərin imkan verəcəyi halda fevralın sonuna qədər təxirə salıb.

 

Qeyd edək ki, yanvarın 17-29-da keçirilməli olan turnirdə 12 şahmatçı mübarizə aparmalı idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü