Braziliyada helikopter qəzası baş verib.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər ağır xəsarət alıb.
Onlar helikopterin sahibi, eyni zamanda pilotu və sərnişinidir. Xilasedicilər onları qəzaya uğramış helikopterdən çıxarsalar da, yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.