Modern.az

Allahşükür Paşazadə Xameneiyə, İran da şeyxə məktub göndərib

Allahşükür Paşazadə Xameneiyə, İran da şeyxə məktub göndərib

Təhsil

6 Avqust 2012, 13:18

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın ali dini rəhbəri Ayətullah əl-Üzma Xameneiyə təbrik məktubu göndərib. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidməti məlumat verib.

QMİ-dən bildirilib ki, Hicri şəmsi təqvimilə Yeni ilin gəlişi münasibətilə şeyx həzrətləri İslam İnqilabının rəhbəri Ayətullah əl-Üzma Xamei həzrətlərinə  təbrik məktubu göndərib.

İdarədən o da bildirilib ki, həmçinin  İran İslam Respulikasının ali dini rəhbərin Administrasiyası beynəlxalq əlaqələr üzrə müavin Möhsün Qumi şeyx həzrətlərinin məktubuna cavab verib. Cavabda deyilir: ”Hicri şəmsi təqvimilə Yeni ilin gəlişi münasibətilə QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə  tərəfindən İslam İnqilabının rəhbəri Ayətullah əl-Üzma Xameneyi həzrətlərinə ünvanlanan  təbrik məktubunu mənnətdarlıq hissi ilə aldıq.
Qarşılıqlı olaraq səmimi təbriklərimi bildirir və sevinc, səadət və xoşbəxtliklə dolu bir il arzulayıram. Uca və qadir olan Allahın dərgahından Cənabınıza günbəgün artan müvəffəqiyyətlər, böyük İslam ümmətinə, xüsusilə Azərbaycan Respublikasının dost və qardaş xalqına izzət və ucalıq diləyirəm”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü