Modern.az

Paytaxta yeni kanalizasiya xətti çəkilir

Paytaxta yeni kanalizasiya xətti çəkilir

Təhsil

6 Avqust 2012, 14:51

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq  Bakı şəhəri  Yasamal rayonu M. Xiyabani küçəsindən başlayaraq H. Zərdabi küçəsi boyunca ərazidəki  kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir. Bildirilib ki, 500 mm diametrli polietilen borularla tikilən həmin xətlər A. Salamzadə küçəsindən keçən kanalizasiya və yağış suları kollektorlarına birləşdiriləcək. Bununla da yağış suları kanalizasiya sularına   qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Bu da yağış sularının birbaşa Xəzərə axıdılmasını təmin edəcək. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, intensiv yağıntılar zamanı H. Zərdabi küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni xətlər istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.   Modern.az    
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü